Əsas Səhifə > Güney Press > “Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu,
“Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu,Bu gün, 14:47 |
“Tez-tez kinoittifaqa gedib-gəlirəm. Rasim Balayevi seçmişik, düzgün qərardır. Tez-tez mənimlə əlaqə saxlayırlar, yubileyimdə yada salırlar, kimlərinsə xatirə gününü dəvət alıram. Bir çoxları məni sevir, bir çoxları da nifrət edir. Çünki sözü üzə deyənəm, ürəyimdə saxlamıram. Pis adamla ümumiyyətlə danışmıram, yaxşı adamla danışıram. O vaxt kinostudiyanın direktorunun həyat yoldaşı mənim filmlərdə çəkilməyimi qadağan etmişdi. Halbuki onunla qonşu idik. Çox hökmlü qadın idi. Ona görə də əksər filmlərdə mənə mane oldular, əksər filmlərdə özüm çəkilmədim. Həm də mən baletmeystr idim, aktrisa deyildim, ginekologiyanı bitirmişdim. 17 il xəstəxanada ginekoloq işləmişəm” Bu sözləri Moderator.az -a açıqlamasında məşhur aktrisa Rəna Səlimova deyib. O daha sonra əlavə edib. “Məni hamı filmə çəkmək istəyirdi, mən isə o vaxtkı həyat yoldaşım Xəyal Axundzadə ilə çəkilmək istəyirdim. Mənə deyirdilər ki, camaat pul verir özünü çəkdirir, sən qaçırsan. “Sən niyə susursan?” filminə Xəyal Axundzadə ilə çəkildim. Səhəri gün küçəyə çıxanda bizə kosmonavt kimi baxırdılar. İndi hamı çəkilir, heç qeyri-adi qarşılayan da yoxdur. Çünki aktyor sənəti adiləşib. Xəyalın kinoya gəlişi də qeyri-adi olub. Lətif Səfərov Xəyalgilin qonşusu idi. O öləndə Xəyal yas məclisində çay paylayıb. Həsən Seyidbəyli görüb ki, yaraşıqlı oğlandır, onu kinoya çəkilməyə dəvət edib. Aramızda sevgi münasibətləri yaranmışdı. Ailə həyatı qurduq. 6 il münasibətimiz olmuşdu. Xəyal sonradan başqa ölkəyə köçdü. Ondan sonra başqa biri ilə ailəli oldum. O da vuruldu, məni sevdi. Anası deyirdi ki, sən gör kimi almısan? Həm aktrisadır, həm də balerina! Anasının bu təkidlərinə baxmayaraq bizim ailəmiz də oldu, övladlarımız da. Xəyal Axundzadə hazırda Almaniyada, Düsseldort şəhərində yaşayır. O da evlənib, övladları da var. Çoxdan bacısı ilə danışmışam. 30-40 il əvvəl də bir dəfə görmüşəm onu. Bilirəm ki, illər sonra görüşsək də dostluq münasibətlərimiz qalıb. O vaxt uşaq idik, çox şeyi dərk edə bilmirdik” deyə aktrisa bildirib. Geri qayıt |