Əsas Səhifə > Güney Press > Ermənistan Rusiya ilə yeni gərginlik yolunda...
Ermənistan Rusiya ilə yeni gərginlik yolunda...Bu gün, 15:02 |
Ermənistan hakimiyyəti Avropa Birliyi ilə münasibəti dərinləşdirərək, ittifaqa üzv olmaq niyyətindədir. Bəs, Ermənistanın belə bir addım atmaqda əsas məqsədi nədir? Mövzu ilə bağlı Sonxeber.az-a politoloq İlyas Hüseyinov danışdı. O, açıqlamasında bildirdi ki, bu addım Rusiya və Ermənistan arasında gərginliyə səbəb olacaq: "Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi uzun müddətdir ki, var. 2018-ci ildən hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası bu istiqamətdə əlindən gələni edir. Çünki, onlar qərbin maliyyə vəsaiti hesabına formalaşan qeyri-hökümət təşkilatlarının tərkibindən çıxaraq dövlət idarəçiliyinə gəliblər. Şübhəsiz ki, öz təlimatçılarının sifarişlərini yerinə yetirməklə məşğuldular. Avropa İttifaqına üzvülük yolunda ilk mərhələ kimi viza rejminin sadələşdirilməsi, gediş-gəlişin liberallaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Avropa İttifaqı rəsmiləri ilə Ermənistan siyasi elitası arasında həm də siyasi dialoq və məsləhətləşmələr həyata keçirilməkdədir. Bütün bunlar ümumilikdə həm konseptual əsasları, həm də praktiki həlləri nəzərdən keçirdir. Eyni zamanda onlar Ermənistanı Avropa İttifaqına daxil etmək istəyirlər. Elə bu səbəbdən də, 2027-ci ilə qədər bu konstitusiya islahatlarını keçirəcəklərini bəyan ediblər. Rusiya və Ukrayna arasında, eləcə də yaxın şərqdə davam edən müharibənin hansı formada bitməsi onları uzaq hədəflərə yönəldir. Avropa İttifaqına üzvülüklə bağlı konkret iddiaların irəli sürülməsi Rusiya, eləcə də, Ermənistan arasında münasibətləri də korlayacaqdır. Rəsmi Moskva bu istiqamətdə Ermənistana qarşı hər hansısa cəzalandırıcı addımlar ata, mesajlar verə bilər. Bu xüsusda Ermənistanın əsas şansı onda gətirib ki, Rusiya bu gün diqqəti daha çox Ukrayna müharibəsinə cəmləşdirib. Ermənistan bundan istifadə edərək Avropaya doğru öz ambisyalarını ifadə edir". Geri qayıt |