Əsas Səhifə > Güney Press > Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı

Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı


Bu gün, 16:30
Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı
Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən "DİA-AZ"a verilən xəbərə görə, Yasamal rayonu ərazisində bir yeniyetməyə zor tətbiq edən qadının onun 50 manatını talaması barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt