Əsas Səhifə > Güney Press > “Uşaqları necə tərbiyə edirlərsə,

“Uşaqları necə tərbiyə edirlərsə,


Bu gün, 17:15
“Uşaqları necə tərbiyə edirlərsə,
“Bu gün təkcə bir animasiya filmi çəkilir. Kimsə öz evində, öz hesabına nəsə film çəkir. Onunla Azərbaycan animasiyası inkişaf etməyəcək. Biz saat yarımlıq filmlər çəkməliyik. Öz folklorumuza müraciət etməliyik. İldə bir film yox, bir neçə film çəkməliyik. Biz artıq bir neçə nəsil itirmişik. Uşaqlar rus filmlərinə baxırlar, inglis animasiya filmlərini izləyirlər. Onlar xarici mədəniyyəti qavrayırlar, bizim mədəniyyətimizdən xəbərləri yoxdur”

Bunu Moderator.az-a açıqlamasında animasiya rejissoru Elçin Hami Axundov deyib. O daha sonra əlavə edib.

“O vaxt uşağın tərbiyəsində müəyyən konsepsiya var idi. İndi isə xaosdur. Kim necə istəyirsə uşağı da elə tərbiyə edir. Uşağa necə münasibət varsa, animasiyaya da eyni münasibət var. Ömrü boyu animasiyaya yanaşma bu cür olub. Animasiyaya fikir vermək lazımdır. Ermənistanda çox gözəl inkişaf edib. Onların diasporaları onları çox gözəl maliyyələşdirir. Animasiya məktəbləri, kursları var. Gürcüstanda, İranda, Qazaxıstanda, Özbəkistanda, Rusiyada, Ukraynada, Belarusiyada animasiya böyük animasya məktəbləri var. Bizə dəstək yoxdur. Bu il nazirlik bir az hansısa işlər görür. Ümidlə yaşayıram. Bəlkə gələn il daha da yüksək qayğı olar” deyə o bildirib.

Geri qayıt