Əsas Səhifə > Güney Press > Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir?
Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir?Bu gün, 18:00 |
Tanınmış vəkil Əsabəli Mustafayev xəstəxanadan evə buraxılıb. Bu barədə Qaynarinfo-ya açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib. Onun sözlərinə görə, vəkilin səhhəti yavaş-yavaş qaydasına düşür: "Amma hələ nitqində problemlər var. Müalicə davam edir. Həkimlər deyir ki, nitqi zamanla bərpa olunacaq". Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub. Geri qayıt |