Əsas Səhifə > Güney Press > Moskva prosesi başlatdı: Xəzər dənizi ilə bağlı plan var

Moskva prosesi başlatdı: Xəzər dənizi ilə bağlı plan var


Dünən, 21:45
Moskva prosesi başlatdı: Xəzər dənizi ilə bağlı plan var
Fransanın “Le Monde” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Qərb sanksiyaları fonunda Asiya və Fars körfəzi ölkələrinin ixracına diqqət yönəltdiyini yazıb. Hətta bunun üçün Xəzər dənizi boyunca 162 kilometr uzunluğunda dəmiryolu layihəsinin reallaşa biləcəyi qeyd edilir.

Qəzetin iddiasına görə, Xəzər dənizi sahillərində Rusiya və İran arasında böyük yaxınlaşma yaşanır. İki ölkə arasında ticarətin həsmi artırılır. Rusiya beləliklə İranla birləşib Qərbin ağır sanksiyalarından yayınır. Moskva bunun üçün də birbaşa Fars körfəzi və Hind okeanına çıxış əldə etmək üçün işlərə başlayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Rusiyanın belə bir planı var və bu yeni deyil:

“Hazırda Rusiya ilə İran arasında geniş əməkdaşlıq olduğunu görürük. Xəzər dənizində ticarət genişləndirilir, yeni limanlar tikilir, təmir işləri aparılır. Nəticədə iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər artıb. Eyni zamanda Mərkəzi Asiya və Azərbaycan üzərindən ticari-iqtisadi əlaqələr inkişaf etdirilir.

Moskva və Tehran arasında söhbət təkcə iqtisadi deyil, həm də hərbi əlaqədən gedir. İranın bir sıra silah zavodları Rusiya üçün çalışır. Kreml eyni zamanda nəqliyyat kommunikasiya xətlərini də əlində tutmaq üçün səy göstərir. Rusiyanın Zəngəzur dəhlizinə marağının olması, bunu tez-tez dilə gətirməsi təsadüfi deyil. Moskva bu yolla Hind okeanına, İran isə Rusiya üzərindən Qərbə çıxış əldə etmək istəyir. Rəsmi Kreml BRİKS, ŞƏT kimi təşkilatlar ilə özünə blok yaratmağa çalışır”.

Politoloq sözügedən planların reallaşdırılmasının asan olmayacağını bildirib:

“Rusiya və İranın fərqli maraqları da var. Çinin ən böyük rəqibi Hindistandır. Amma Rusiya Çin ilə, İran isə Hindistanla əmkəkdaşlıq edir. Bu da Moskva və Tehran arasında fikir ayrılığının göstəricisidir, hər ikisinin əməkdaşlıq etdiyi həmin ölkələri bir arada saxlamaq çox çətindir. Şərq dövlətləri stabil deyil, fərqli siyasi kursları var”.
Geri qayıt