Əsas Səhifə > Güney Press > “Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb”
“Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb”Bu gün, 02:06 |
Avropa İttifaqının genişlənməsi ilə bağlı mətbuat konfransında səfir Pavel Herçinski bildirib ki, Gürcüstanın üzvlük prosesi dövlət demokratik yola qayıdana qədər dayandırılacaq: “Bu gün, bir il sonra, təəssüf ki, qeyd etməyə çox şeyimiz yoxdur. Gürcüstan hökumətinin addımları nəticəsində Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb. Gürcüstan bizim dəyərlərimizdən uzaqlaşmağa davam etdikcə, belə olacaq”. “Gürcüstanın namizəd statusu 9 addımın atılacağı nəzərə alınaraq verilib. Təəssüf ki, Gürcüstan hökumətində lazımi islahatları həyata keçirmək üçün siyasi iradə çatmırdı. Gürcüstan ötənilki hesabatdan sonra çox az irəliləyiş əldə edib. Bugünkü hesabat dezinformasiya, seçkilər və insan haqları ilə mübarizə ilə bağlı addımlarda aşkar geriləməni vurğulayır”, – Aİ səfiri deyib. "DİA-AZ" xəbər verir ki, Pavel Herçinskinin sözlərinə görə, hesabatda o da bildirilir ki, ən mühüm sahədə, məhkəmə və fundamental hüquqlarda geriləmə müşahidə olunur. Bu, Avropa Birliyinə üzv olmaq istəyən bir ölkə üçün görünməmiş haldır: “Aİ-yə üzvlük ləyaqətə əsaslanır və ləyaqət əsasında qalacaq. Bu, tamamilə hər bir ölkənin əldə etdiyi obyektiv tərəqqidən asılıdır. Bu il Gürcüstan geri çəkildi, digər namizəd ölkələr isə irəlilədilər. Onlardan bir neçəsi üzvlüklə bağlı danışıqlara başlayıb”. Pavel Herçinski Gürcüstanda ədalətli və şəffaf seçkilərin keçirilməsinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, beynəlxalq müşahidəçilər tərəfindən qeyd olunan pozuntular vaxtında araşdırılmalıdır: “Araşdırma tez, şəffaf və müstəqil aparılmalıdır. Beynəlxalq müşahidəçilər seçkilərin azad və ədalətli keçirildiyini bəyan etməyiblər. Ona görə də bu araşdırma dərhal aparılmalıdır”. “Avropa Birliyinin qapısı Gürcüstan üçün açıq qalır. Mən səmimiyyətlə inanıram ki, Gürcüstan hökuməti ölkəmnin Avropa yolunu həmişə dəstəkləmiş gürcü əhalisinin arzularına hörmətlə yanaşır. Ümidinizi itirməyin”,- deyə Pavel Herçinski fikrini yekunlaşdırıb. Geri qayıt |