Əsas Səhifə > Güney Press > Faciəli şəkildə ölən qadın nazir köməkçisinin bacısı imiş

Faciəli şəkildə ölən qadın nazir köməkçisinin bacısı imiş


Bu gün, 09:26
Faciəli şəkildə ölən qadın nazir köməkçisinin bacısı imiş
Xəbər verdiyimiz kimi, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər.

"DİA-AZ" "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.

O, rəfiqəsi İ.Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.

İ.Bayramova Bakıya gətirilərkən yolda, G.Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib.

Geri qayıt