Əsas Səhifə > Güney Press > Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər?

Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər?


Bu gün, 15:47
Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər?
Xəbər verdiyimiz kimi, həm Azərbaycanda, həm də dünya birjalarında qızılın qiyməti tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, analitiklər qızılın qiymətinin növbəti aylarda da artacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, qarşıdakı aylarda qızılın qiymətinə təsir edəcək əsas amilləri aşağıdakı kimi sıralamaq olar:
Geosiyasi qeyri-sabitlik: Yaxın Şərqdə davam edən münaqişələr və Tayvanla bağlı gərginlik təhlükəsiz sığınacaq kimi qızıla marağı artırır. ABŞ və Böyük Britaniya kimi böyük güclərin Yaxın Şərq münaqişəsinə cəlb olunması riski səbəbindən qlobal bazarlarda qeyri-müəyyənlik yaranıb. Dünya neftinin 15%-i üçün tranzit keçid olan Hörmüz boğazı münaqişə zonalarının yaxınlığında yerləşir və Yaxın Şərqdəki vəziyyət çox vaxt qızılın qiymətinin artmasına səbəb olur.
ABŞ-da seçkilər və bu ölkənin qiymət siyasəti: 2024-cü il prezident seçkiləri ərəfəsində ABŞ-də hər iki partiya yerli iqtisadiyyatı dəstəkləmək üçün Çin mallarına idxal rüsumlarını artırmağı düşünür. Bu, Çinlə iqtisadi rəqabəti gücləndirə və ümumi qeyri-müəyyənlik şəraitində qızıla marağı artıra bilər.
Tayvan ətrafında gərginlik: Çin geosiyasi riskləri artıraraq Tayvanla birləşməyə cəhd etməyə davam edir. Vəziyyət pisləşərsə, qızıl siyasi risklərdən qorunmaq istəyən investorlar üçün daha cəlbedici bir aktivə çevrilə bilər.
ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələriylə bağlı siyasəti: 2024-cü ildə ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 5,5%-dən 5%-ə endirdi. Bu, qızılı aşağı gəlirli istiqrazlardan çıxmaq istəyən investorlar üçün cəlbedici aktivə çevirir. 2025-ci ildə dərəcələr daha da azalacaq ki, bu da qızıla marağı artıra bilər.
Qlobal dövlət borcu və aktivlərin təhlükəsizliyi: Qlobal dövlət borcunun, o cümlədən ABŞ borcunun həcmi artmaqda davam edir. Bu, həm institusional, həm də özəl investorları cəlb edərək, təhlükəsiz aktiv kimi qızıla tələbi artırır.
Bunlardan əlavə, keçmiş böhranların təhlili göstərir ki, qeyri-sabitlik şəraitində qızılın qiyməti durmadan artır. Məsələn, 2008-ci ildə qlobal maliyyə böhranı zamanı qızılın qiyməti 25% artıb. 2020-ci ildə - COVID-19 pandemiyası zamanı qızıl 30%-dən çox bahalaşıb.
Bu nümunələr göstərir ki, qlobal qeyri-sabitlik dövründə qızıl kapitalı qorumaq üçün asanlıqla effektiv aktivə çevrilə bilər.
Nüfuzlu investisya qurumları da növbəti aylarda qızıl qiymətiylə bağlı nikbin proqnozlar səsləndirir. İsveçrə İnvestisiya Bankı qızılın bir unsiyasının (31 qram) 3100 dollara çata biləcəyini proqnozlaşdırır.
“Goldman Sachs” və “Bank of America” kimi maliyyə təşklatları isə qiymət artımının 3200-3300 dollara qədər yüksələcəyini gözləyir.

Geri qayıt