Əsas Səhifə > Güney Press, Partiya > "Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir"
"Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir"Bu gün, 07:00 |
Avropa İttifaqının ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməsi bir neçə amillərlə şərtlənir. Azərbaycan yaxın günlərdə COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Bu ilk öncə ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzun göstəricisi olmaqla yanaşı dünya ictimaiyyətinin COP29 zamanı diqqətinin Azərbaycanın üzərinə fokuslanacağı deməkdir. Azərbaycanın Beynəlxalq arenada artan imicini gözü götürməyən Avropa İttifaqı və ümumilikdə kollektiv Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir". Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib. Deputat qeyd edib ki, Azərbaycanın regiondakı geosiyasi rolu, qonşu ölkələrlə münasibətləri və müstəqil, balanslaşdırılmış xarici siyasət strategiyası Avropa siyasi dairələrinin maraqları ilə ziddiyyət təşkil edir. Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, regionda iqtisadi və siyasi maraqları olan Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülhün və təhlükəsizliyin təmin olunmasına maraq göstərmirlər. Bu gün də eyni siyasət davam etməkdədir. Missiya adı altında Ermənistanda məskunlaşan Avropa gücləri bölgədə mövcud status-kvonu gərginləşdirməklə yanaşı, həm də ölkəmizə qarşı plasdarm kimi istifadə edirlər. Bu baxımdan Qərbdən səsləndirilən sülhlə bağlı istənilən çağırışlar qeyri-səmimidir". Deputat vurğulayıb ki, beynəlxalq ticarət yollarında olan diversifikasiyalar, xüsusilə Hind okeanı və Qırmızı dəniz üzərində Yəmən Husilərinin fəaliyyəti Avropa ölkələrinində ciddi narahatlıq yaradır: "Alternativ olaraq Azərbaycanın coğrafi mövqeyi, enerji resursları və təbii sərvətləri Qərb üçün çox cəlbedicidir. Lakin, Qərb Azərbaycana qarşı münasibətdə hüquq bərabərliyi və qarşılıqlı etimad prinsiplərinə əhəmiyyət vermir. Onların niyyəti Azərbaycanın o cümlədən, regionun maraqlarını nəzərə almadan ekspionist siyasəti həyata keçirtməkdir. Azərbaycana qarşı qərəzli mövqe tutan və təsisatları vasitəsi ilə ölkəmizə qarşı yönəltdikləri qarayaxma heç bir nəticə verməyəcək. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq və yeni-yeni zirvələr fəth edəcəkdir". Geri qayıt |