Əsas Səhifə > Güney Press > Qarabağ Universitetinin təmirinə 12 milyon manat xərclənib
Qarabağ Universitetinin təmirinə 12 milyon manat xərclənibBu gün, 12:01 |
Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin təmirinə 11 milyon 864 min 411 manat vəsait xərclənib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, indiyə kimi Qarabağ Universitetinin təmiri ilə bağlı 6 satınalma müqaviləsi imzalanıb. Bu müqavilələrin biri layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub. Digər 4 müqavilə isə təmir və abadlıq işlərilə bağlıdır. Universitetin müqavilə imzaladığı şirkətlər və məbləğlər aşağıdakı kimidir: “İdeal Project” MMC – 205 000 manat “Azinvest İnşaat” MMC – 425 600 manat “Azinvest İnşaat” MMC – 947 600 manat “Azinvest İnşaat” MMC – 2 885 400 manat “Global İnteriors Group” MMC – 7 400 811 manat. Geri qayıt |