Əsas Səhifə > Güney Press > Razi Nurullayevdən hökumətə təklif: “Onlayn iş rejiminə keçilsin”

Razi Nurullayevdən hökumətə təklif: “Onlayn iş rejiminə keçilsin”


Bu gün, 12:26
Razi Nurullayevdən hökumətə təklif: “Onlayn iş rejiminə keçilsin”
“Biz böyük beynəlxalq tədbirə ev sahibliyi edəcəyik. Artıq indidən yollarda hərəkət etmək çətinləşib. “COP29 zolaqları” da hərəkəti bir qədər çətinləşdirir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, hazırda qəsəbələrdən şəhər mərkəzinə gəlmək üçün uzun-uzadı tıxaclarda qalmalı olursan:

“Təklif edirəm ki, hökumət bununla bağlı hər hansı formada bir qərar versin. Məhz hökumət bir sıra dövlət qurumlarına və özəl sektora tövsiyə xarakterli onlayn iş rejiminə keçməyi təklif edə bilər.

Düşünürəm ki, bu yollarda kifayət qədər tıxacın qarşısını alar.

Eyni zamanda, COP29-la bağlı gələcək qonaqlarımız üçün də yollar rahat olar və tıxaclarda zaman itirməmiş olarlar”.

R.Nurullayev hökumətə vacib 3-4 yerdə metro stansiyalarının tikintisi üçün maliyyə ayrılmasını da təklif edib:

“Tıxaclardan yayınmağın ən yaxşı yolu məhz yeraltı nəqliyyatdır.

Hesab edirəm ki, hökumət bununla bağlı düşünməlidir və metro stansiyalarının tikintisini və istifadəyə verilməsini tezləşdirməlidir”.

Geri qayıt