Əsas Səhifə > Güney Press > Tanınmış aktyor niyə seriallara ÇƏKİLMİR?
Tanınmış aktyor niyə seriallara ÇƏKİLMİR?Bu gün, 12:36 |
“Köhnə hamam, köhnə tas. Elə bütün günü evdə otururam, heç bir çəkilişə dəvət almıram”. Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib. Bir müddət öncə əməliyyat keçirən aktyor səhhəti barədə danışıb. O, “çəkilişlərə dəvət alırsınızmı” sualına belə cavab verib: “Sağ olun ki, heç olmasa, yad edirsiniz. Köhnə hamam, köhnə tas. Həkim nəzarətindəyəm. ayda bir-iki dəfə həkim qəbulunda oluram, məsləhətləşirəm. Ayaqlarım və dizim bərk ağrıyır. Xüsusən də havalar yağışlı, soyuq olanda daha çox səhhətimə təsir edir. Qaldı ki çəkilişlərə, yox, heç bir çəkilişə dəvət almıram, elə bütün günü evdə oluram. Əlbəttə, daim səhnədə, efirlərdə, çəkilişlərdə olan adam üçün evdə oturmaq çətindir, amma buna məcburam, başqa variant yoxdur”. Geri qayıt |