Əsas Səhifə > Güney Press > Qırğızıstan da dəhliz prosesinə qoşuldu
Qırğızıstan da dəhliz prosesinə qoşulduBu gün, 13:04 |
Ermənistanın Qırğızıstandakı səfiri Armen Qevondyan Bişkekdə bu ölkənin nəqliyyat naziri Absattar Sirqabayevlə görüşüb. Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı ticarətin həcmi və tranzit potensialının artırılması vurğulanıb. Həmçinin bu yöndə atılan addımlar və həyata keçirilən tədbirlər, o cümlədən multimodal nəqliyyat kanallarının inkişafı məsələləri nəzərdən keçirilib. Qevondyan İrəvanın Cənubi Qafqazda bütün nəqliyyat yollarının (dəhliz) açılması yönündəki addımları barədə qırğız nazirə məlumat verib. Öz növbəsində Sırqabayev Qırğızıstanın həm Mərkəzi Asiya, həm də daha geniş kontekstdə qarşılıqlı əlaqəni genişləndirə bilən yeni yolların tikintisi və şaxələndirilməsi üzrə planları barədə danışıb. Tərəflər görüşün nəticəsi olaraq, iqtisadi qarşılıqlı fəaliyyət baxımından tələbat olan perspektiv marşrutlar üzrə təkliflərin işlənib hazırlanması və gələcəkdə həyata keçirilməsinə yönəlmiş sıx dialoqa hazır olduqlarını təsdiqləyiblər. Geri qayıt |