Əsas Səhifə > Güney Press > Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirən kişiyə bu cəza verildi
Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirən kişiyə bu cəza verildiBu gün, 14:18 |
Goranboyda özünə məxsus evi əxlaqsızlıq yuvası kimi müxtəlif şəxslərə kirayəyə verən şəxs həbs edilib. Publika.az-ın əldə etdiyi məlumata görə, Xocalı şəhər sakini, Goranboyun Yuxarı Ağcakənd kəndində yaşayan 1992-ci il təvəllüdlü İntiqam Məmmədova Cinayət Məcəlləsinin 244.2.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, İntiqam ona dövlət tərəfindən verilmiş evi müxtəlif şəxslərə gündəlik 15-20 manata kirayəyə verib. Polis əməkdaşları həmin evə gələrək orada cinsi əlaqədə olan şəxsləri müəyyən edib. Biləsuvar Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmü ilə İntiqam Məmmədov 3 il həbs cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. Geri qayıt |