Əsas Səhifə > Güney Press > “Ermənilər COP29 ərəfəsində təxribata hazırlaşır, amma...”
“Ermənilər COP29 ərəfəsində təxribata hazırlaşır, amma...”Bu gün, 16:14 |
“Ermənistan və onun arxasında dayananlar Azərbaycanın beynəlxalq imicinə təsir etmək və ölkəmizi çətin vəziyyətə salmaq üçün müəyyən təxribatlara əl atırlar”. Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan hansısa böyük tədbir keçirən ərəfədə ermənilər həmişə təribatlar törədirlər: “İndi də bu addımı atırlar. Hətta COP29 ərəfəsində və tədbir davam edərkən də ermənilər tərəfindən hansısa təxribatlar törədilə bilər. Bu, həm ermənilərin xislətindən, həm də onların Azərbaycana qarşı məkrli siyasətindən irəli gəlir. Həmçinin, ermənilərin arxasında dayanan Fransa, ABŞ və digər ölkələr də onların vasitəsilə Azərbaycana qarşı hansısa təxribat törədə bilərlər. Hər iki variant da ola bilər”. Partiya sədri qeyd edib ki, ermənilərin dünyanın diqqətini bu mötəbər tədbirdən şərti sərhəd boyunca olan atışmaya çəkməyi hədəfləyə bilər: “Nəzərə almaq lazımdır ki, Ermənistan sürətlə silahlanır. Üstəlik, Azərbaycanın hədəflərinə çatmasını və beynəlxalq aləmdəki nüfuzunun artmasını gözləri götürmür. COP29-un Bakıda keçirilməsi ölkəmizin beynəlxalq imicinə çox müsbət təsir göstərəcək. Paytaxtımızda keçiriləcək bu möhtəşəm tədbirə yüzlərlə ölkə və hökumət başçısı qatılacaq. Ermənilərin isə bu tədbirin Bakıda keçirilməsini gözləri götürmür, ona görə də Azərbaycana qarşı hər hansısa təxribat törədə bilərlər”. Lakin Akif Nağı vurğulayıb ki, ermənilərin təxribatları olsa belə, bu, COP29-un yüksək səviyyədə keçirilməsinə kölgə sala bilməyəcək: “Azərbaycan Ermənistanın bütün təxribatlarına hazırdır. Biz tədbiri keçirə, ermənilərin təxribat törədəcəyi təqdirdə, qarşısını ala bilərik. Yəni ermənilərin təxribatları nə COP29-u keçirməyimizə, nə də Azərbaycanın beynəlxalq imicinə təsir göstərəcək. Rəsmi Bakı bir neçə istiqamətdə işini uğurla davam etdirə bilər. Bizim bütün bunlara gücümüz və imkanımız var”. Geri qayıt |