Əsas Səhifə > Güney Press > Təzyiq altındayam, mənə hücumlar edilir
Təzyiq altındayam, mənə hücumlar edilirBu gün, 16:28 |
“Bir müddətdir təzyiq altındayam. Görünən və görünməyən bir çox metodla məni nüfuzdan salmağa çalışırlar”. Bu sözləri Globalinfo.az-a türkiyəli hərbi ekspert Abdullah Ağar son zamanlar ona qarşı aparılan qarayaxma kampaniyası haqda danışarkən deyib. Onun sözlərinə görə, bəzi qüvvələr dediyi sözləri təhrif edərək paylaşır və bundan təzyiq üçün istifadə edir: “Bu yolla təkcə ictimaiyyətin deyil, medianın, hətta dövlətin nəzərində mənfi obrazımı yaratmağa çalışırlar. Lakin bu məni narahat etmir. Dağlarda xidmət edərkən, üç dəfə yaralanarkən, həyatımı itirmə təhlükəsi ilə üzləşərkən belə mübarizəmdən geri çəkilməmişəm. PKK, FETÖ kimi terrorçular tərəfindən şəxsimə edilən hücumlar, atılan böhtanlar məhz buna görədir. Onlarla illərdir mübarizə apardığım üçün bu gün problemlərlə üzləşirəm. Qəzzada baş verənlərlə bağlı Türkiyə cəmiyyətində bir hüzn, qəzəb var. Bunu anlayıram, lakin onu da görürəm ki, bəzi dairələr xalqın bu həssas durumundan istifadə edərək öz çirkin siyasətini aparır. Mən məhz bu şəxslərə etiraz etmişəm. Mən bu ikiüzlülüyün əleyhinəyəm. Buna görə də şəxsimə qarşı şər kampaniyası aparılır. Qəzzada həyatını itirən şəxslər mənim bacı-qardaşlarımdır. Mən bu ağrıları, hüznü kiminsə istismar etməsinə razı ola bilmərəm. Ona görə həmişə bu qüvvələrin qarşısında olacam”. Geri qayıt |