Əsas Səhifə > Güney Press > "Ermənilər başa düşür ki, arxivlər açılsa..."
"Ermənilər başa düşür ki, arxivlər açılsa..."Dünən, 18:01 |
Ermənistan hökumətinin başçısı bu gün “erməni soyqırımı”ndan danışmamağı seçir, sabah birdəfəlik imtina etdiyini açıqlayacaq. Bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunur. Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq soyqırımı məsələsinin dəstəklənməməli olduğunu deyib, sadəcə aydınlaşdırılması üçün türk və erməni tarixçilərin birlikdə araşdırma aparması üçün çağırış edib. Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib mövqeyində olduğu üçün bu məsələni istədiyi şəkildə diktə edirdi. O zamankı erməni hökuməti də “soyqırım”ın tanıdılmasını dəstəkləyib. Sonrakı prezident Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün “futbol diplomatiyası”ndan istifadə edib. Lakin bu cəhd uğurlu olmayıb. Nəşr “erməni soyqırımı” məsələsinin xaricdəki böyük erməni diasporunu aktiv saxlamaq üçün zəruri adlandırır. Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistanın bu mövqeyə gəlməsini alqışlamaq lazımdır: “İllər öncə qardaş Türkiyədə prezident Abdullah Gülün rəhbərliyi altında təşəbbüs irəli sürüldü ki, Ermənistan, Türkiyə və neytral tərəflərin tarixçiləri sözügedən məsələni araşdırsın və ona uyğun şəkildə hər iki tərəf razılaşsın. Eyni zamanda rəsmi Ankara təklif etdi ki, Türkiyə və Ermənistan arxivlərini neytral tərəf üçün açsın. Amma həmin vaxt Ermənistan hakimiyyəti buna müsbət cavab vermədi. Demək ki, ermənilər başa düşür ki, arxivlər açılsa, yalandan uydurduqları milyon yarım erməninin soyqrıma uğradılması əfsanəsi havaya uçacaq. İndi isə Nikol Paşinyan hakimiyyəti başa düşür ki, hasar qurtarıb və dalana dirəniblər. Ermənistanın dövlət olaraq mövcudluğu üçün tək çıxış yolu Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Eyni zamanda prespektivdə Cənubi azərbaycanlıların azadlığa qovuşması var. Ermənistan Respubilikası üç tərəfdən də türk dövləti ilə əhatə olunur. Belə bir halda gəmidə oturub, gəmiçi ilə dava edə bilməyəcəklərini anlayırlar. Ona görə də Nikol Paşinyan höküməti belə çağırışlar edərək cəmiyyətə başa salır ki, türklərlə anlaşmaqdan başqa yolumuz yoxdur. Azərbaycan və Türkiyə həmişə Ermənistana bildirib ki, tarix gerçəklər üzərində yazılmalıdır. Ermənistan hakimiyyəti də reallıqla hesablaşmaq məcburiyyətində olduqlarını anlayır”. Geri qayıt |