Əsas Səhifə > Güney Press > Azərbaycanda çörək şirkəti

Azərbaycanda çörək şirkəti


Bu gün, 00:05
Azərbaycanda çörək şirkəti
7 noyabr 2024-cü il tarixində "Roza-Çörək" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncağın keçirilməsi Şirvan şəhəri, M.Rəsulzadə küçəsi 11 ünvanında yerləşən "AYTAC" şadlıq sarayında saat 15:00-a təyin edilib.

Gündəliyə aşağıdakı məsələlər daxildir:

1) Səhmdar cəmiyyətinin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibinin formalaşdırılması;

2) Səhmdar cəmiyyətin cari vəziyyətinin və gələcək fəaliyyətinin müzakirə edilməsi;

3) Hüquqi şəxsin yenidən təşkili;

4) Səhmlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirə edilməsi.

Geri qayıt