Əsas Səhifə > Güney Press > Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?...
Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?...Bu gün, 11:17 |
Ermənistanın revanşist müxalif siyasi dairələrində qondarma “Müqəddəs Mübarizə” lideri keşiş Baqratın Moskvadan qayıdışını təngnəfəsliklə gözləyirlər. Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb. “Ötən cümə axşamı “Müqəddəs mübarizə”nin telegram platforması, müqəddəs atanın tibbi müayinə üçün iki günlük xaricə getdiyini bildirmişdi. Yepiskopun Moskvaya getdiyini və bəzi siyasi dairələrlə görüşlərinin planlaşdırıldığını demişdik. Yepiskopun ətrafındakılardan öyrəndik ki, o, bu gün Ermənistana qayıdacaq və yəqin ki, yaxın günlərdə hərəkatın xaricdən dəstək alıb-almadığı, Rusiyada yaşayan imkanlı ermənilərin hərəkata münasibəti ilə bağlı mövqeyinin necə olduğu məlum olacaq”,- xəbərdə belə deyilir. Xatırladaq ki, Moderator.az bu günlərdə erməni mənbələrinə istinadla keşiş Baqratın müalicə bəhanəsi ilə əslində Kremldən yeni təlimatlar almaq məqsədi ilə Moskvaya yollanması haqda məlumat vermişdi. Dünən isə “Haykakan Jamanak” B.Qalstanyanın Xocalı canisi Robert Köçəryanın lideri olduğu "Hayastan” blokundan olan deputat Artur Sarkisyanla birlikdə Moskva hava limanından görüntülərini yaymışdı. Geri qayıt |