Əsas Səhifə > Güney Press > Aİ nümayəndə heyəti Ermənistana səfər edib
Aİ nümayəndə heyəti Ermənistana səfər edibBu gün, 12:00 |
Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib. “Avropa İttifaqının nümayəndə heyəti müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvandadır”, - o bildirib. P.Hovhannisyan qeyd edib ki, Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Geri qayıt |