Əsas Səhifə > Güney Press > Etibarnamə ilə bağlı yeni qayda:

Etibarnamə ilə bağlı yeni qayda:


Bu gün, 15:47
Etibarnamə ilə bağlı yeni qayda:
Etibarnamə ilə bağlı yeni qayda qüvvəyə minib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Facebook" hesabında yazıb.
Bildirilib ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.
Avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər.
Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, əslində bu qərar çoxdan gözlənilirdi:

"Çünki bununla bağlı nəqliyyat eksperti olaraq həmkarlarımla birgə adiyatı qurunlara dəfələrlə müraciət etdik. Yəni, qərarı təqdirəlayiq hesab edirəm. Qərarı nəqliyyat vasitələrinin özəlləşdirilməsinə, yəni addan-ada keçirilməsinə doğru növbəti addım kimi qiymətləndirmək olar. Bununla avtobilə görə həqiqi söz sahibi kimdir sualına cavab tapmış olacağıq. Əvvəllər etibarnamə bir şəxsdən digərlərinə verilirdi. Nəticədə də ortaya müəyyən problemlər çıxırdı. Belə ki yaranan cərimələr bir neçə adam arasında ziddiyyət yaradırdı. Hətta cəriməni kimin ödəyəcəyi barədə çaşqınlıq yaranırdı.Bir sözlə, bu məsələ çoxdan gündəmdə idi. Öz həllini tapdığı üçün isə çox şadam".

Geri qayıt