Əsas Səhifə > Güney Press > "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə

"Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə


Bu gün, 17:09
"Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə
Euronews yazır ki, Vardanyan Azərbaycanın suveren ərazisi daxilində yerləşən tanınmamış və qeyri-qanuni etnik erməni qəsbkar dövlətinin dövlət naziri olmaq üçün onu Rusiyanın təsir dairəsində saxlamaq və Ermənistanın avropapərəst baş naziri Nikolun vəzifəsindən uzaqlaşdırılması üçün raket meydançası kimi istifadə etmək üçün Moskva tərəfindən paraşütlə atılıb və Ermənistan üçün təhlükədir.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ruben Vardanyan erməni əsilli Rusiya milyarderidir. Politoloq qeyd edib ki, Ruben Vardanyanın Qarabağa gəlməsi, böyük planın tərkib hissəsi idi. Çünki Paşinyan hakimiyyətə gələndən sonra Rusiyaya qarşı həm siyasi, həm də iqtisadi siyasət yürütməyə başladı.

“Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışırdı. Bu da açıq aydın görünür. Son 2 ildə Paşinyan tam olaraq, qərbyönümlü siyasət aparır. Rusiyanın və KTMT-nin tədbirlərində iştirak etmir və açıq-aşkar Qərbi, Amerikanı dəstəkləyir və onlarla daha çox təmasda olur.

Eyni zamanda Rusiyadan qopmaq üçün planlar cızılır və onlar yerinə yetirilir. İlkin olaraq, Zvartnos hava limanından Rusiya sərhədçilərinin çıxarılması, daha sonra İranla, Türkiyədə olan Rusiya sərhədçilərinin sərhəd keçid məntəqələrində ermənilərin özlərinin cəlb edilməsi haqqında gəlinmiş razılıq bunu göstərir ki, Qərbin diqtəsi ilə Rusiyadan azad olmaq istəyirdilər. Bu, o zaman da açıq-aydın görünürdü. Rusiyaya tabe olmayan bir dövlət başçısı Rusiya üçün qənaətbəxş deyildi. Bu səbəbdən də vəziyyəti dəyişmək üçün planlar hazırlandı. İllərdir ki, həm əvvəlki hakimiyyət Koçaryan və Sarkisyan, eyni zamanda beşinci kolonun üzvləri çalışdılar ki, Paşinyan hakimiyyətinə qarşı iğtişaşlar törətsinlər və mitinqlər keçirsinlər. Amma bunun heç bir effekti olmadı. Çünki əhalinin böyük bir hissəsi Paşinyanı dəstəkləyirdi. Bu səbəbdən də "A variantı" baş tutmadığına görə, "B variantı"na əl atdılar. Rusiyada yaşayan milyarder Ruben Vardanyan Qarabağa göndərildi. Hətta Ermənistan blogerləri deyirdilər ki, Ruben Vardaynayn Rusiya tərəfindəın Qarabağa göndərilib və Qarabağda hakimiyyətə rəhbərlik etməyə hazırlanır. Ruben Vardanyan Qarabağa gəlməmişdən əvvəl, Araik Arutunyan Moskvaya getmiş və orada müxtəlif görüşlər keçirmişdi. Görüşlərdən gələndən sonra da Vardanyanın gəlmək məsələsi ortaya çıxdı. 2022-ci ilin payızında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəldi. Onun Rusiya vətəndaşlığından çıxması ilə bağlı Putinin əmri də mətbuatda yayımlandı. Xalqa göstərdilər ki, bu şəxs doğrudan da Rusiya vətəndaşlığından çıxarıldı.

2022-ci ilin noyabrın 4-də qondarma dövlətin naziri oldu. Milyarder olduğu üçün müxtəlif humanitar layihələr elan etdi. Amma onun apardığı siyasət təkcə Qarabağda yaşayanları deyil, Ermənistanda yaşayanları da razı salmırdı. Bunu Nikol Paşinyan və Ermənistan hakimiyyəti başa düşürdü ki, Ruben Vardanyan gələcəkdə Ermənistandan hakimiyyətə gətirilmək üçün Qarabağa göndərilmiş Rusiyanın adamıdır. Bu səbəbdən də onlar Qarabağa dəstək göstərmədilər. Çünki bilirdilər ki, Vardanyan Ermənistandakı hakimiyyətə iddialı adamdır və Kreml onu hazırlayıb, göndərib.

Həmin dövrdə müəyəyn problemlər oldu. Azərbaycan tərəfi də müəyyən aksiyalar keçirirdi. Onun Azərbaycan haqqında dediyi sözləri də nəzərə alaraq Azərbaycan hakimiyyəti onun vəzifədən götürülməsini tələb etdi. Bildirildi ki, Vardanyan vəzifəsindən azad edilməsə, onlara Laçıln koridorundan yol verilməyəcək”-deyən politoloq qeyd edib ki, sonradan 23 fevral 2023 cü ildə Ruben Vardanyan Azərbaycanın siyasi təzyiqi ilə vəzifəsindən azad edildi. Amma buna baxmayaraq, Qarabağda qalaraq Azərbaycan dövləti və hakimiyyəti haqqında aşağılayıcı fikirlər səsləndirirdi.

”2023-cü ilin sentyabrında 23 saatlıq lokal antiterror tədbirləri çərçivəsində ermənilər Qarabağı tərk etdikdən sonra o da geyimini dəyişib, qaçmağa çalışarkən sentyabrın 27-də hərbçilərimiz tərəfindən həbs edildi. 2023-cü il sentyabrın 28-də DTX tərəfindən Vardanyana qarşı ittiham irəli sürüldü. Bundan sonra onun azad olunması üçün bir çox qruplar, o cümlədən Rusiyanın ziyalıları müraciət hazırladılar. Hətta 2023-cü il oktyabrın 5-də Valday diskusiya klubundan Putin bildirdi ki, Rusiya Azərbaycan hökümətinin humanist düşünəcəyini və Qarabağın keçmiş rəhbərlərini, o cümlədən Ruben Vardaanyanı azad edəcək. Ancaq Azərbaycan höküməti Azərbaycan xalqına, dövlətinə və hökümətinə qarşı törədən bu cinayətkarların buraxılmayacağını bildirdi. Onlar çox ağır maddələrlə istintaq altındadırlar. Ruben Vardanyanın azad edilməsi üçün Putinin də addımlar atmasını tələb etsələr də, Rusiya prezidenti bildirdi ki, “Ruben Vardanyan Rusiya vətəndaşı deyil, biz heç bir iş görə bilmərik”. Beləcə, bütün səs-küy başa çatdı”-deyən Elşad Həsənov hesab edir ki, Vardanyanın həbsinə görə Paşinyan əslində Azərbaycan hakimiyyətinə minnəttar olmalıdır.

“Ruben Vardanyan İrəvandakı hakimiyyəti ələ alsaydı, Paşinyanı və onun komandasını silib atacaq və yaxud həbs edəcəkdi. Bütün bunlar baş vermədi. Azərbaycan buna imkan vermədi. Artıq bu gün Vardanyan öz cinayət əməllərinə görə məhkəmə qarşısına çıxacaq. Düzdür, onun ailəsi dəfələrlə müraciət edib. Hətta dünya liderlərinə onun azad edilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Ancaq bu gün Ruben Vardanyanla bağlı istintaq davam edir. Vaxtaşırı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ruben Vardanyan və həbsdə saxlanılan separatçı rejimin digər üzvləri ilə görüşüb və onların vəziyyətlərinin normal olduğunu bildiriblər. Onların ailələri ilə əlaqə saxladıqlarının şahidi olublar.

Artıq Ruben Vardanyan epopeyası bitdi. Hətta erməni mənbələri yazır ki, Vardanyanın Bakı türməsində ölməsini arzulayan çox sayda biznes tərəfdaşı var. Vardanyanın biznes ortaqları onun həbsdən çxımasını istəmirlər”-deyə politoloq bildirib. Elşad Həsənov qeyd edib ki, Ruben Vardanyan ona veriləcək cəzanı çəkdikdən sonra azadlığa çıxa bilər.

Geri qayıt