Əsas Səhifə > Güney Press > “Şəki-Bazar” ASC-nin ümumi yığıncağı keçiriləcək
“Şəki-Bazar” ASC-nin ümumi yığıncağı keçiriləcəkBu gün, 08:53 |
“Şəki-Bazar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 25-nə təyin olunub. Qanunvericiliyə əsasən, səhmdarlar yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilərlər. Yığıncaqda bazarın ötən ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirə olunacaq, maliyyə nəticələrinə görə maliyyə-təftiş komissiyasının hesabatı və mühasibat balansı təsdiq ediləcək. Eləcə də ötən ilin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividend haqqında məlumat veriləcək. Qeyd edək ki, bazar 2005-ci ildə dövlət qeydiyyatına alınıb. 147788 manat nizamnamə kapitalına malik olan ASC-nin qanuni təmsilçisi Qaffarov Tahir İsmayıl oğludur. Geri qayıt |