Əsas Səhifə > Güney Press > Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq,
Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq,Bu gün, 09:16 |
“Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2024-cü il tarixində çağırılmış növbədənkənar ümumi yığıncağının yetərsay olmadığı üçün təkrar növbədənkənar ümumi yığıncağının çağırılması zərurəti yaranıb. Banker.az xəbər verir ki, “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin təkrar növbədənkənar ümumi yığıncağı 13 dekabr 2024-cü il tarixində saat 10:00-da Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 saylı ünvanda keçiriləcək. Yığıncağın gündəliyində olan məsələlər aşağıdakılardır: 1. Sərbəst mənfəət hesabına səhmlərin nominal dəyəri artırılmaqla Nizamanmə kapitalının artırılması və Nizamnamə kapitalına dəyişiklik edilməsi. 2. “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması. Növbədənkənar ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 323 694 manatdır və qanuni təmsilçisi Ceyhun Namazovdur. Geri qayıt |