Əsas Səhifə > Güney Press > Paşinyan nəzarəti itirir, komandası parçalanır
Paşinyan nəzarəti itirir, komandası parçalanırBu gün, 18:05 |
Ermənistan hakimiyyətinin taleyi ABŞ-da keçirilən prezident seçkilərindən asılıdır. Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karen Köçəryan deyib. “Ermənistan hökumətinin taleyi bu seçkidən asılıdır. Regionumuzun da diqqət mərkəzində olduğu dünyada baş verən qlobal dəyişikliklər fonunda konkret nəsə demək sadəlövhlük olardı. Vəziyyətin necə sürətlə dəyişdiyini görürük. Hər şey mümkündür, hakim komandanın çat verəcəyini iddia etmirəm, amma istisna da etmirəm”, - ekspert Baş nazir Nikol Paşinyanın komandasına nəzarəti saxlaya bilib-bilmədiyini şərh edərkən söyləyib. Köçəryanın iddiasına görə, hakim komanda klanlara bölünüb və tədricən nəzarətdən çıxırlar: “Düşünürəm ki, bu klanlar nəzarətdən çıxırlar. Əminəm ki, hakimiyyət qanadlarında öz oyunlarını oynayan çoxlu oliqarxlar var, indi onlar gözə dəymirlər, fəaliyyətləri və maraqları kölgədə qalırlar”. Analitik daxili klanların Paşinyan üçün risklər yaratdığını iddia edir. Geri qayıt |