Əsas Səhifə > Güney Press > Ulu öndərin ideyalarını yaşadan partiya

Ulu öndərin ideyalarını yaşadan partiya


Dünən, 12:16
Ulu öndərin ideyalarını yaşadan partiya
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır
günlərində Azərbaycan ziyalılarının təşəbbüsü, fəal iştirakı və Ulu Öndər
Heydər Əliyevin xeyir duası ilə yaranıb. Azərbaycan müstəqilliyini əldə
etdikdən az müddət sonra ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial
böhran günlərində Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni
böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın
sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında
birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə
Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni
tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün
xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqımızın dahi oğlu, tanınmış dövlət
xadimi və böyük təcrübəyə malik ulu öndər Heydər Əliyev o dövrdə blokada
şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik
edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etdi və 550 nəfərdən ibarət
təşəbbüs qrupu Naxçıvana gedərək təşkilatın təsis konfransını keçirdilər.
1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda təsis
konfransı keçirildi. Təsis konfransında YAP-ın yaradılması haqqında qərar,
partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda ümummilli
lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil
Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və
xalqımızın həyatında mühüm hadisəyə çevrilən YAP yarandı.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri, ümummilli lider Heydər
Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni
dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib,
ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi
qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq
məqsədilə yüksək fəallıq nümayiş etdirib.
Qeyd edək ki, 1993-2003-cü illərdə Azərbaycanda diqqətdən kənarda
qalan hər hansı sahə olmayıb. Ulu öndər Heydər Əliyev ölkə həyatında baş
verən ən xırda problemə belə həssaslıqla yanaşıb və onun həllinə çalışıb.
Bir zamanlar xəyal edilən iqtisadi layihələr uğurla həyata keçirilib. Dövlət,
ordu quruculuğu sahəsində ciddi işlər görülüb, Azərbaycan beynəlxalq
arenaya çıxıb. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndər Heydər
Əliyevin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə
əməkdaşlığa başlayıblar.
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP
sədrinin birinci müavini, İlham Əliyev prezident, daha sonra YAP-ın 2005-ci
ilin mart ayının 26-da keçirilən III Qurultayında yekdilliklə YAP-ın sədri
seçildi.
Bu gün bütün sahələrdə qazanılan uğurlar və Vətən müharibəsindəki
Şanlı Qələbə nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən
Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihə icra
olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı
gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz
nailiyyətimiz olmasın. Əlbəttə ki, bütün bu uğurlar güclü xalq-iqtidar
birliyinin sayəsində mümkün olub. Ona görə də tam əminliklə demək olar ki,
yaranmasının 32 ilini qeyd etdiyimiz YAP ümumxalq partiyasıdır. Bu
partiyanın sıraları hər il durmadan genişlənir. İyirmi doqquz illik şərəfli tarixə
malik YAP bu gün də Ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və
inkişaf edir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt