Əsas Səhifə > Güney Press > "Qərbin "demokratiya"sına, siyasi müdaxiləsinə
"Qərbin "demokratiya"sına, siyasi müdaxiləsinəDünən, 16:41 |
“Bu günə qədər sınanıldı, uzun zamandır sınanılır və nəticədə müvəffəq ola bilmədilər. Qərb dünyası dediyimiz dünya mütləq sərhədlərdən və ya qurumlardan ibarət bir struktur deyil. Bu, bir mədəniyyətdir. Mədəniyyətlər müəyyən yüz illər ərzində şərqdən qərbə, qərbdən şərqə doğru keçid ediblər. Yəni Şərqin yüksələrkən Qərbin düşdüyü və yaxud Qərbin yüksəlişi ilə paralel Şərqin düşdüyü bir keçid dövrü olub”. Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələr üzrə rektor müşaviri İhsan Alpargın danışıb. Rektor müşaviri qeyd edib ki, hazırda Şərqdə bir yüksəliş var. İhsan Alpargının fikrincə, Şərqdə gördüyümüz yüksəliş demokratikləşmə ilə gələn bir proses deyil. Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın “Bu gün Şərq dediyimiz Hindistan, Pakistan və Çindən bəhs edirik. Hətta krallıqla idarə edilən ölklərdən danışırıq. Bu səbəbdən də, diktatorluq və yaxud avtoritar dedikləri rejimlərin kimə görə, nəyə görə qurban və yaxud məqbul olduqları ilə bağlı doğru danışmaq lazımdır. Bu, Qərb baxışı ilə baxdığınız zaman belədir. Amma Şərq cəmiyyətləri və Şərq mədəniyyəti ilə baxdığınız zaman və yaxud nə qərb, nə də şərq mədəniyyətləri Mesopotamiya və yaxud digər üçüncü ölkələri də nəzərə alsaq, onların mədəniyyətləri və tarixləri heç bir zaman qayğı ilə hərəkət etməmiş cəmiyyətləri göstərir”-deyən İhsan Alpargın qeyd edib ki, bu ölkələrin buna nə qədər önəm verdikləri və yaxud nə qədər əks olunacağı bu cəmiyyətlə əlaqəlidir. “Bunu tipik bir marketinq kimi də görmək mümkündür. Sənin məhsulun nə qədər keyfiyyətli olursa-olsun, qarşıdakının tələbi qədər dəyər görür. Maraqlıdır ki, bu cəmiyyətlərdə belə bir tələb varmı? Və yaxud bu cəmiyyətlər yaşadıqları ölkənin idarəetmə sistemindən Qərbin qeyd etdiyi qədər narahatdırmı?”-deyə İhsan Alpargın əlavə edib. Qeyd edək ki, Avropa İttifaqı və Şimali Atlantika Alyansı avtoritar kimi tanıdıqları dövlətlərin “təhlükələri” ilə mübarizə aparmaq üçün işçi qrupu yaratmaq niyyətindədir. Bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen və NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdən sonra birgə kommünikedə məlumat verilib: “Təhdidlərə və çağırışlara qarşı çıxmaq üçün biz yeni yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəldik”. Geri qayıt |