Əsas Səhifə > Güney Press > COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir

COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir


Bu gün, 09:11
COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir
Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini
vurğulayan dövlətimizin başçısı, ölkənin bərpa olunan enerji mənbələrinə
yönələn strateji təşəbbüslərini və yaşıl enerji siyasətini təbliğ edərək, bu
məsələnin yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə koordinasiyalı
şəkildə həll olunması gərəkdiyini bildirib. Azərbaycanın COP29-a ev
sahibliyi etməsi, bu fəallığın və beynəlxalq ictimaiyyətin ölkəyə olan
etimadının göstəricisi kimi təqdim olunub.
İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini
qeyd edən cənab İlham Əliyev, inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr arasında balanslı və ədalətli qərarların qəbul edilməsi məsələsinə
Azərbaycanın sədrlik edəcəyini açıqlayıb. Bu yanaşma, müxtəlif ölkələrin
və regionların ehtiyaclarını və maraqlarını nəzərə alaraq, konsensusun əldə
edilməsi məqsədini daşıyır. Bu cür əməkdaşlığın yalnız ölkələrin iqlim
problemlərinin həll edilməsinə deyil, həm də sosial-iqtisadi inkişafın davamlı
olmasına töhfə verəcəyi vurğulanıb.
Kiçik ada dövlətləri (SIDS) iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz
qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və
sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin
artmasını və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr
gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.
Prezident İlham Əliyevin noyabrın 13-də Bakıda keçirilən COP29
çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS)
Sammitində çıxışında qeyd edib ki, Azərbaycan COP29-a ev sahibi
olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni,
daha yüksək səviyyəyə qalxıb. Toplantıda qeyd edilib ki, kiçik ada
dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr,
xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi
və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin
fəsadlarından qoruya bilsinlər.
Prezident İlham Əliyev kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı
zamanı bildirib: “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə
keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət
edirəm”.
COP29-un Bakıda keçirilməsi, Azərbaycanın yalnız enerji siyasətində
deyil, həm də qlobal iqlim dəyişiklikləri sahəsindəki müzakirələrdə fəal
iştirakını təmin edir. Prezident İlham Əliyev bu tədbirin Azərbaycan üçün
böyük iqtisadi və diplomatik əhəmiyyət kəsb etdiyini bildirib. Bu cür mötəbər
beynəlxalq tədbirlər, ölkənin dünya səhnəsindəki mövqeyini gücləndirir və
gələcəkdə ekoloji və sosial sahələrdə yeni təşəbbüslərin irəliləməsinə şərait
yaradır.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş
etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ
və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz,
həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası
layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan
universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan
yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi
dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə
maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda
sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni
irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim
təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı
universitetlərdə təhsil alıb”.
Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında
ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-
un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını
xatırladan dövlət başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər
Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə
olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada
dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.
Öz çıxışında dövlət başçısı Fransanın neokolonial siyasətinə də
toxunub. Qeyd edib ki, hazırda Fransa Polineziyası və Yeni Kaledoniya
1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi
tanınır.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna,
Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və
Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin
xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent
Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də
müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası
və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə
edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi
hələ də yubanır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt