Əsas Səhifə > Güney Press > Hamilə arvadını xəstəxanada qoyub qaçdı

Hamilə arvadını xəstəxanada qoyub qaçdı


Bu gün, 09:19
Hamilə arvadını xəstəxanada qoyub qaçdı
Bakıda hamilə qadın xəstəxanada həyat yoldaşı tərəfindən tərk edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat "Qadın və Uşaq Sığınacağı" səhifəsində paylaşılıb.

Bildirilib ki, hamilə qadın Sabunçu xəstəxanasına müayinə məqsədilə gətirildikdən sonra həyat yoldaşı onu orada tərk edib. Bir aydır ki, qadın xəstəxanada gözləyir. Sonradan isə ər qadına pasportunun şəklini göndərərək xaricə getdiyini deyib və ona öz başının çarəsinə baxmasını məsləhət görüb.

Geri qayıt