Əsas Səhifə > Güney Press > İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır...
İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır...Bu gün, 10:01 |
Fiziki şəxslərin, o cümlədən işçilərin aşağıda göstərilən gəlirləri, gəlir vergisindən azaddır: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, dövlət pensiyaları, əvəzsiz dövlət köçürmələri,dövlət təqaüdləri. Hüquqi şəxsin, onun nümayəndəliyinin və ya filialının, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə AR-n Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiya ödənişləri. Aliment, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar. Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.site) Geri qayıt |