Əsas Səhifə > Güney Press > Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir

Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir


Bu gün, 11:01
Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Rusiya ordusu Donetsk vilayətininin Rovnopol kəndini işğal edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “DeepState” portalı məlumat yayıb.
“Düşmən Rovnopolu işğal edib, həmçinin Plehovoy, Novaya İlyinka, Novodmitrovka yaxınlığında, Petrovka, Antonovka, Voznesenka və Novoselidovkada irəliləyib”, - deyə portalın məlumatında deyilir.
Məlumat hələ ki, rəsmi qurumlar tərəfindən təsdiq olunmayıb.
Analitiklərin fikrincə, Kuraxovski istiqaməti cəbhədə ən çətin istiqamət olaraq qalır. Noyabrın əvvəlindən orada artıq Ukrayna və Rusiya qüvvələri arasında 690 hərbi toqquşma olub.

Geri qayıt