Əsas Səhifə > Güney Press > “O sevgi mənə ömürlük bəs edib”
“O sevgi mənə ömürlük bəs edib”Bu gün, 11:32 |
“O sevgi mənə ömürlük bəs edib”. Yenicag.az xəbər veeir ki, bu sözləri tanınmış müğənni Xalq artisti Könül Xasıyeva “Qonaqcanlı” verilişində deyib. Sənətçi ilk dəfə olaraq özəl həyatı ilə bağlı səmimi etiraf edib: İkinci dəfə sevməyin mümkünsüz olduğunu deyən müğənni əsl sevginin ömürdə bir dəfə yaşandığını söyləyib: “Hər bir insan ömür boyu cəmi bir dəfə ürəkdən sevir. Ondan əvvəl və sonra da hisslər olur, amma elə-belə… Əsl sevgi bir dəfə yaşanır, ikinci dəfə mümkün deyil. Mən də həyatımda bir dəfə ürəkdən sevmişəm. O sevgi mənə ömürlük bəs edib”. Geri qayıt |