Əsas Səhifə > Güney Press > Vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir

Vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir


Bu gün, 10:59
Vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
-əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının müdafiəsi üçün aşağıdakı maddi hüquq normalarını nəzərdə tutur, bu şəxslərin yerli şəxslərlə bərabər hüquqlara malik olduğunu təsbit edir. Əmək Məcəlləsi bu tələbi o əsasdan nəzərdə tutur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının yerli vətəndaşları ilə bərabər hüquqlara malik olsun.
Praktikada isə əksinədir. Fikrimcə, bir çox sahələrdə:əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının yerli şəxslərinə nisbətən əmək hüquqları daha çoxdur, xüsusən əmək haqqı sahəsində.Yəni, diskriminasiya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qarşı deyil, yerli işçilərə qarşıdır. Xüsusən də bu şəxslərin, yerli şəxs və ya işçilərdən bir neçə dəfə artıq əmək haqqı almalarında.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı hüquqları nəzərdə tutur:
Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən AR-nın vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən - əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi də yolverilməzdir və qadağandır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.life)

Geri qayıt