Əsas Səhifə > Güney Press > AQTA 1,4 milyon manata Şamaxıda inzibati bina tikdirir

AQTA 1,4 milyon manata Şamaxıda inzibati bina tikdirir


21-11-2024, 11:47
AQTA 1,4 milyon manata Şamaxıda inzibati bina tikdirir
Qida Təhlükəsizliyi Agentliyi “Şamaxı şəhərində, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati binasının tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Uğur Tikinti” MMC olub.

Qalib şirkətə 1 365 063 manat ödəniləcək.

Qeyd edək ki, bina Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində tikiləcək.

Xatırladaq ki, “Uğur Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir və qanuni təmsilçisi Elvin Yusifov Fizuli oğludur.

Geri qayıt