Əsas Səhifə > Güney Press > BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıbBu gün, 12:10 |
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb. Universitetdən "DİA-AZ"a bildirilib ki, THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın yalnız 750-dək ən yaxşı ali təhsil müəssisəsinin daxil ola bildiyi bu mühüm reytinqdə BDU 201-250 diapazonunda qərarlaşıb. “İnterdisiplinar Elm Reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır. TOP-250-də yer alması BDU-nun müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsi kimi böyük əhəmiyyət kəsb edir. Geri qayıt |