Əsas Səhifə > Güney Press > Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub


Bu gün, 11:40
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə
tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov və rayonda fəaliyyət göstərən ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında
ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi
rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı
münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı
tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə
rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və
qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə
islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il
noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün
möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının
rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində
Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin başçısı
tərəfindən fəxri fərmanlar təqdim olunub.

"DİA-AZ"

Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Geri qayıt