Əsas Səhifə > Güney Press > "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıbBu gün, 12:36 |
"Golf Group" MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır. Qeyd: Şirkətin qanuni təmsilçisi Əfqan Umar oğlu Nəsibovdur. Geri qayıt |