Əsas Səhifə > Güney Press > "Kabinetdə oturanda belə yırtıq yaranır”

"Kabinetdə oturanda belə yırtıq yaranır”


22-11-2024, 15:45
"Kabinetdə oturanda belə yırtıq yaranır”
Xalq artisti Rasim Balayev səhhətindən danışıb.

Lent.az xəbər verir ki, teleproqramlardan birində qonaq olan aktyor müalicə aldığını bildirib.

“Bir az ayağımda probldem var. "Babək", "Dədə Qorqud" və bir türk filmində çəkiləndə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi. Sonra özünü göstərdi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Əsəbi sıxır və sol ayağıma vurur. Tez-tez fizoterapiyaya gedirəm. Deyirlər qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur. Əsas odur ruh cavan olsun. Ruhum cavandı, amma cismim qocalıb. Cismim 77, ruh yaşım 25-dir"- deyə o bildirib.

Geri qayıt