Əsas Səhifə > Güney Press > Paşinyan Aİ-yə üzvlükdən danışdı

Paşinyan Aİ-yə üzvlükdən danışdı


Bu gün, 02:04
Paşinyan Aİ-yə üzvlükdən danışdı
“Biz bunu müzakirə edəcəyik, sonra mən öz fikrimi bildirəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, hakim çoxluğun qanun layihəsini rədd etməsi məntiqsizlik olar.

“Mən 50 min imzanın toplanacağına əminəm. Üstəlik, referendumun keçirilməsi üçün lazım olan 300 min imzanın toplanmasını damümkün hesab edirəm. Lakin cəmiyyətin reaksiyası bu fikir ətrafında ciddi düşünməyə vadar edir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, “Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün imzaların toplanması bu ilin sentyabr-oktyabr aylarında həyata keçirilib. Oktyabrın 25-də qərbyönlü siyasətçiləri və ictimai xadimləri birləşdirən təşəbbüs qrupu 60 min imza topladıqlarını açıqlayıblar. Əgər parlament üzvləri qanun layihəsini təsdiqləməsələr, o zaman Ermənistan qanunvericiliyi qanun layihəsinin referenduma çıxarılması üçün imzaların toplanmasını nəzərdən keçirəcək. Bunun üçün 300 min imza tələb olunacaq. Hazırda Ermənistan Mərkəzi Seçki Komissiyası Avropa İttifaqına üzv olmaq istəyənlərin imzalarının həqiqiliyini yoxlayır. Bunun üçün bir ay vaxt ayrılıb.
Geri qayıt