Əsas Səhifə > Güney Press > Türkiyədən ermənipərəst jurnalistə qadağa:

Türkiyədən ermənipərəst jurnalistə qadağa:


Bu gün, 00:08
Türkiyədən ermənipərəst jurnalistə qadağa:
Türkiyə ermənipərəst jurnalist Neil Hauerin ölkəyə girişinə qadağa qoyub.

"DİA-AZ" Caliber-ə istinadən xəbər verir ki, bu barədə kanadalı jurnalist N.Hauer X sosial şəbəkəsində yazıb.

O, İstanbul Sabiha Gökçen hava limanında pasport nəzarətində saxlanılıb və “qara siyahı”da olduğu bildirilib. 16 saat gözlədikdən sonra yenidən Ermənistana deportasiya edilib.

Hauer bu qadağanın səbəbinin “jurnalist fəaliyyəti” olduğunu ehtimal edib.

O, buna Türkiyə ilə bağlı yazdıqları deyil, erməni tərəfini fəal dəstəklədiyi, “Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri”nin səbəb olduğunu düşündüyünü bildirib.

Qeyd edək ki, Neil Hauer İkinci Qarabağ müharibəsi ilə bağlı birtərəfli nəşrləri ilə tanınır. Onun nəşrləri, bir qayda olaraq, Ermənistan tərəfinin işğalçılıq siyasətinə məhəl qoymayaraq, Azərbaycana qarşı ittihamlara həsr olunmuşdu.
Geri qayıt