Əsas Səhifə > Güney Press > Yeni iş tapa bilməyən şəxslər üçün...

Yeni iş tapa bilməyən şəxslər üçün...


Bu gün, 08:41
Yeni iş tapa  bilməyən şəxslər üçün...
İşçilərin: işsizlikdən sığorta ödənişi almaq barədə olan minimum hüquqlarınl bilməsi də onlar üçün xüsusi əhəmiyyət daşıyır, ən azından işdən azad olunmuş və yeni iş tapa bilməyən şəxslər üçün:
1.İlk baxışda işçinin sığorta ödənişi almaq barədə hüququnu bilməməsi və ya işdən azad olunduğu vaxt gərginlikdən bu barədə düşünməməsi təbii haldır. Lakin, işçinin bu hüququnu bilməməsi və ya digər səbəbdən istifadə etməməsi, işdən azad olduqdan sonra onun sığorta ödənişi almaq hüququnu itirməsi ilə ilə nəticələnə bilər. Belə ki, bütün hallarda və ya əsaslarla işdən azad olunan işçinin sığorta ödənişi almaq hüququ olmur. Məsələn: "İşçilərin sayı azadlıqda və ya ştatları ixtisar" edildikdə əsası ilə işdən azad olmaq və sığorta ödənişləri almaq hüququ olan işçi "öz xahişi" ilə işdən azad olunarsa, sığorta ödənişi almaq hüququnu itirmiş olur.
Bu isə təbii olaraq həmin işçinin işləmədiyi müddət üçün ailəsini minimum təminatdan məhrum edir.
2. Bu halda sığorta ödənişi almaq işdən azad olunmuş və ya yeni iş tapmayan şəxslər üçün daha çox əhəmiyyət daşıyır. Belə ki, bu halda İşçi ən azından 3-9 aymüddətində minimum əmək haqqından (345 manat) - orta aylıq əməkhaqqının 50 faizi məbləğinədək sığorta ödənişi almaq hüququna malik olur. Bu da həmin işçiyə, işləmədiyi dövrdə müəyyən pul və ya maliyyə yardımı kimi çox qiymətli olur.
3. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə bu əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış işçilər malikdirlər:
Dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə, "İşçilərin sayı azadlıqda və ya ştatları ixtisar" edildikdə, "Əmək müqaviləsinin müddətinin qurtarması" əsası ilə əmək münasibətlərinə xitam verildikdə.
4. "Müqaviləsinin müddəti qurtardıqda" əsası ilə əmək münasibətlərinə xitam verildikdə bu hüquqlar: sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan şəxslərə aiddir.
5.İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə uyğun, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir, itirilmiş orta aylıq əmək haqqının:
5.1. İlk 2 təqvim ayı üçün – 50 faiz;
5.2. 3–4-cü təqvim ayları üçün – 40 faiz;
5.3. 5–6-cı təqvim ayları üçün – 35 faiz.
5.4. Təkrar müraciət zamanı, növbəti 3 ay üçün minimum sığorta ödənişi (345 manat) ödənilir.
5.5. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
İşsizlikdən sığorta ödənişi, işdən azad olma əsasından asılı olaraq işçilərin işə düzələ bilmədiyi 3-9 ay müddəti dövründə ödənilir.
Xüsusi qeyd: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı dəfələrlə qeyd edib ki, bu Qanunun tədbiq dairəsi məhduddur və hesab edirik ki, bu Qanun əmək münasibətlərinə xitam verilmiş digər bir çox əsaslara da şamil edilməli və məbləği artırılmalıdır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.life)

Geri qayıt