Əsas Səhifə > Güney Press > Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidirBu gün, 15:21 |
Sənədsiz evlərin sənədləşdirməsi problemi var. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. “Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir", - deyə Siyavuş Novruzov qeyd edib. Geri qayıt |