Əsas Səhifə > Güney Press > MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinəBu gün, 15:38 |
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "DİA-AZ" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bundan başqa onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın qiymətləndirilən əmlakı dövlətə dəymiş ziyanın bir qisminin əvəzi olaraq müsadirə edilib. Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib. Geri qayıt |