Əsas Səhifə > Güney Press > Üç qüvvə birləşdi
Üç qüvvə birləşdiBu gün, 18:05 |
Son bir neçə aydır, Qərbin rəsmi Bakıya qarşı əsas əks təbliğat, qara PR kampaniyası COP29 üzərindən aparılırdı. Artıq proses başa çatdı. İndi Qərbin ölkəmizə qarşı informasiya və ideoloji savaşının əsasını nəyin təşkil edəcəyi maraq doğurur. Qərb-Azərbaycan qarşıdurması indi hansı mərhələyə keçid edəcək? Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycan -Qərb qarşıdurması xeyli müddətdir gündəmdədir: “44 günlük müharibəyə qədər məsələ fərqli məcrada idi. Azərbaycan ərazilərini öz gücünə azad etdikdən sonra sanki bu münasibətlərin konturları dəyişdi. Burada daha çox Fransa diqqəti cəlb etdi. Onun təsir etdiyi bəzi Qərb ölkələri də aktiv fazaya keçdilər. Bu günə qədər davam edən prosesi bütövlükdə Qərb ölkələrinə aid etmək olmaz. Birləşmiş Ştatların da zaman-zaman anti-Azərbaycan mövqeyini qabartdığını da müşahidə edirik. Belə bir təəssürat var ki, Co Bayden bu günə qədər olan prezidentlər arasında ən ermənipərəst lider idi. ABŞ-ın ölkəmizə qarşı bugünkü siyasətinin arxasında da elə məhz Baydenin erməni sevgisi dayanır. Qərbdə yaşayan erməni diasporunun təsiri də burada rol oynayıb. Bu qarşıdurmanın əsas təşkilatçısı elə erməni diasporudur”. Siyasi şərhçinin sözlərinə görə, qarşıdurma əslində iş bölgüsü ilə reallaşdırılıb: “Erməni diasporu, kilsə və Ermənistan hökuməti bir formada plan qurub, özünə uyğun işlə məşğul olur. Nikol Paşinyan hökumətinə tapşırılan vəzifə Azərbaycana münasibətdə yumşaq olmaq və həmişə sülhdən yanaolduğunu göstərməkdir. Kilsə də bir sıra məsələləri açıq və gizli şəkildə edir. Əsas məsələ isə diasporun Qərbin Azərbaycana davamlı təzyiqinin təşkilatçısı olmasıdır. Bu təzyiqin arxasında duran səbəb isə döyüş meydanında qalib gələn Azərbaycanın masa arxasındakı qələbəsini qazanmağa mane olmaqdır. Ermənistanı hər hansı formada prosesdə udan tərəf kimi görmək istəyirlər. Azərbaycan bu gün Güney Qafqazın ən böyük karbohidrogen dövlətidir, təbii ehtiyatları var. Gürcüstan və Avropa arasında da strateji bölgədir. Azərbaycana təsir, təzyiq edib Orta Yoldan, neft-qaz yataqlarının istismarından pay almaq istəyirlər. Ermənistanı dəstəkləməklə Azərbaycana təsir edərək öz maraqlarını qəbul etdirməyə çalışırlar. Rusiyanın mövqeyi də danılmazdır. Azərbaycan-Rusiya münasibətləri Qərbdə kifayət qədər qıcıq yaradır”. Əli Mustafayev qeyd edir ki, bir çox Qərb ölkələri Azərbaycanı dəstəkləyir: “Öz iqtisadi, siyasi və geopolitik maraqlarını təmin edə bilən ölkələr rəsmi Bakı ilə qarşı-qarşıya gəlmirlər. Aİ və Avropa Şurası kimi qurumların anti-Azərbaycan ritorikası içərisində olduğunu görürük. COP29 sammitindən sonra gərginliyin bir qədər səngiməsi ehtimalı var. Amma proses hələ bir müddət davam edəcək”. Geri qayıt |