Əsas Səhifə > Güney Press > Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT

Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT


Bu gün, 16:00
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT
Bu ilin 10 ayında Azərbaycanda sığorta yığımları 1 milyard 112 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 500,2 milyon manatla "Paşa Həyat Sığorta" və 263,6 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.

“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 70,8 milyon manata yaxın olub.

"Qala Sığorta"nın yığımları isə 66,5 milyon manata çatıb.

“Atəşgah” Sığorta Şirkəti isə 10 ayda 52,9 milyon manata yaxın sığorta haqqı toplayıb.

"Meqa Sığorta"nın yığmları isə 30 milyon manata çatıb.

Hesabat dövrünün nəticələrinə əsasən ən zəif yığımlar 1,5 milyon manatla "Bakı Sığorta"da olub.

Geri qayıt