Əsas Səhifə > Güney Press > Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərirBu gün, 17:49 |
Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla sərhədə gedib. Bu barədə Ermənistan mediası Polşa Prezidentinin Ofisinə istinadən məlumat yayıb. Duda Azərbaycanla sərhəddə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşüb. Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Dudanın səfər proqramını yanvardan etibarən Polşanın Avropa İttifaqı Şurasına rəhbərlik etməsi istiqamətində dəyərləndirmək lazımdır: “Onların məqsədlərindən biri Bakı və İrəvan arasında sülh prosesində dəstək verməkdir. Polşa prezidenti Bakıya COP29 çərçivəsində İrəvana isə ayrıca səfər proqramı ilə gedir. Bu da Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir. Həmçinin Andjey Dudanın sərhəddə Avropa İttifaqının müşahidəçi missiyasıyla görüşməsi və onların tərəfindən məsələyə yanaşması qəbuledilməzdir. Çünki Azərbaycan Ermənistana bildirib ki, qısa müddətə gələn müşahidəçi missiyasının vaxtının uzadılması proseslərə zərbə vurur. Ona görə də müşahidə missiyasının bölgədən getməsinə ehtiyac var. Aİ-nın müşahidəçi missiyasının taleyiylə bağlı yekun qərarda Polşanın hansı istiqamətdə dayanacağı isə sual altındadır. Hesab edirəm ki, bu yöndə Polşanın mövqeyi daha çox ermənipərəstdir”. Geri qayıt |