Əsas Səhifə > Güney Press > Tehran artıq başa düşür ki...

Tehran artıq başa düşür ki...


Bu gün, 18:24
Tehran artıq başa düşür ki...
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlı bölmələri "Araz - 2024" birgə taktiki təlimlərinə başlayıb.

Təlimlərin əsas məqsədi nədir? Bunu İran tərəfindən atılan müsbət addım kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və İran xüsusi təyinatlılarının “Araz2024” təliminə başlaması xəbəri dünyada böyük maraqla qarşılanıb: “Son dövrlər iki ölkə arasında müəyyən gərginlik yaşanır. Xüsusilə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra münasibətlər korlanmışdı. Hər iki tərəf gərginliyin aradan qaldırılması üçün böyük işlər görür. Təəssüflər olsun ki, İran tərəfdən vaxtaşırı Azərbaycana qarşı hədələr, ölkəmizin müstəqilliyini şübhə altına alan bəyanatlar səslənirdi. Bunların arasında İran Silahlı Qüvvələrinin rəsmi şəxslərin də bəyanatlar vardı. İndi isə iki qonşu ölkənin əsas elementinə çevirən silahlı qüvvələrinin - xüsusi təyinatlıların birgə təlimi keçirilir. Hesab edirəm ki, bu, qonşu dövlətlər arasında gərginliyin aradan qalxmasına çox böyük bir töhfə verəcək”.

Deputat deyib ki, təlimin məhz İran ərazisində keçirilməsi qonşu ölkənin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu göstərir: “İran Azərbaycanla münasibətlərin gərginləşməsinin özünün maraqlarına ciddi ziyan vurduğunun fərqindədir. Azərbaycan ictimaiyyəti belə birgə fəaliyyəti alqışlayır. Ümid etmək istəyirik ki, bundan sonra əməkdaşlıq başqa sahələrdə də özünü göstərəcək və hər iki ölkə mehriban qonşuluq siyasətini əsas götürərək bu istiqamətdə birgə addımlar atacaq”.

Geri qayıt