Əsas Səhifə > Güney Press > "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi

"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi


Bu gün, 09:31
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi
Bakıda dələduzluqda təqsirləndirilən Nailə Xanməmmədova, Xeyransa Mustafayeva və Aqil Şamilovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 11 zərərçəkmiş var. Onlar dəymiş zərərin ödənilməsini tələb edirlər. İddialara görə, dələduzluq əməlinin üstü Nailə Xanməmmədovanın Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayətdən sonra açılıb. Polis dərhal hərəkətə keçərək, Aqil Şamilovla Xeyransa Mustafayevanı saxlayıb. Lakin sonradan bəlli olub ki, Nailə Xanməmmədova da bu işdə xüsusi rolu olanlardan biridir. Onu da qeyd edək ki, bu hadisənin fiqurantları mediada "lombard mafiyası”nın təmsilçiləri kimi təqdim edilir.Bakı Apellyasiya Məhkəməsi şikayətini təmin etməyib.

Geri qayıt