Əsas Səhifə > Güney Press > Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ:

Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ:


Bu gün, 17:49
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ:
“Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək”.

Bizim.Media Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Gürcüstanın baş nazirinin sözlərinə görə, Aİ səfiri uzun müddətdir ki, müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir ki, bu da Vyana Konvensiyasının pozulması deməkdir:

“Müəyyən müddət ərzində biz bütün bunlara deyil reaksiya vermirdik. Ancaq öz həddi var. Gələcəkdə davranışlarında dəyişiklik görməsək, o zaman həm Aİ səfirinə, həm də digər səfirlərə münasibətdə belə faktlara mütləq reaksiyamız olacaq. Söhbət diplomatik cavabdan gedir”.

Gürcüstan hökumətinin başçısı xatırladıb ki, Qerçinski seçkiqabağı dövrdə Gürcüstan hakimiyyətini şantaj edib və deyib ki, onlar “kursunu dəyişməsələr” Aİ onlara pul ayırmayacaq.
Bundan əlavə, Aİ səfiri gürcü diplomatları oktyabrın 26-da keçiriləcək parlament seçkilərində müxalifətə səs verməyə çağırıb.

Xatırladaq ki, Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra Tbilisidə etiraz aksiyaları başlayıb.

Geri qayıt